Rusiya Ukrayna ilə sərhəddə baza tikir

Foto arxiv

Rusiya Ukrayna sərhədi yaxınlığında daha bir böyük hərbi baza tikməyi planlaşdırır.

Reuters agentliyinin rəsmi sənədlərə istinadla sentyabrın 23-də yaydığı məlumata görə, Rusiyanın müdafiə nazirliyi Ukrayna sərhəddinin 45 kilometrliyində yerləşən Boquçar şəhərindəki köhnə hərbi anbarı bazaya çevirmək istəyir.

Agentliyin məlumatına görə, Rusiya ayın əvvəllərində Belqorod vilayətinin Valuyki şəhəri yaxınlığında iri hərbi bazanın tikintisinə başlayıb.

Bu baza da Ukrayna sərhədinin yaxınlığında yerləşir.