Roma papası Francis iqlim dəyişikliyinə qarşı tədbirlər görməyə çağırıb.
78 yaşlı papa Ağ evdə çıxış edərkən deyib ki, bu problemi gələcək nəsillərə saxlamaq olmaz.
O həmçinin prezident Barack Obamanın ətraf mühitin çirklənməsinə qarşı səylərini yüksək qiymətləndirib.
Sentyabrın 24-də papanın konqresdə çıxışı olacaq.
Bundan sonra isə o BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasına qatılacaq.