“Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan- İtaliya oyununa bilet satışı davam edir.
AFFA-nın məlumatına görə, biletlərin qiyməti yerindən aşlı olaraq 1 və 4 manat arasında dəyişir.
VİP sektorlara biletlərin qiyməti 50, ən bahalı yerlərə isə bilet 100 manatdır.
Oktyabrın 10-da keçiriləcək Azərbaycan - İtaliya oyunu yerli vaxtla saat 21:00-da başlayacaq.