-
Gələn həftə BMT-də ABŞ prezidenti Barack Obama 100-dən çox liderin iştirakıyla antiterror sammitinə ev sahibliyi edəcək. İraqın baş naziri Haider al-Abadi də sammitə qatılacaq.
Sentyabrın 29-da keçiriləcək sammitə 104 ölkə dəvət olunub. Sammitdə ABŞ-ın rəhbərliyi ilə İslam Dövləti silahlı qruplaşmasına qarşı aparılan kampaniya da dəyərləndiriləcək.
Tədbirə dəvət almayan ölkə İrandır. Baxmayaraq ki, İran qonşu İraqda İD-ə qarşı mübarizədə əsas rol oynayıb, İraq ordusu və şiə döyüşçülərə hərbi müşavir, silah, təlimlə yardım göstərib.
Obama ötən il BMT Baş Assambleyasındakı çıxışında İD-ə qarşı mübarizə vəd etmiş, ölkələri ABŞ kampaniyasına qoşulmağa çağırmışdı.
O vaxtdan bəri yaraqlılar Suriya və İraqda yeni ərazilər tutub, Liviya, Yəmən və Yaxın Şərqdə mövqelərini möhkəmləndirib. Hətta Nigeriyanın Boko Haram qruplaşması ilə də əlaqə yaradıb.