Pentaqon bildirib ki, Abu Bakr al-Turkmani cihadçıların “inzibati əmiri” olub.
Amerika hərbi təyyarələrinin İraq üzərində keçirdiyi reyd əsnasında İslam Dövləti adlanan ekstremist təşkilatın liderlərindən biri raket zərbəsi ilə öldürülüb.
Pentaqon bildirib ki, Abu Bakr al-Turkmani cihadçıların “inzibati əmiri” olub.
O əvvəllər İraqda fəaliyyət göstərən əl-Qaeda təşkilatının əməliyyatlarında da iştirak edib.
Hava zərbəsi Tel-Afar məntəqəsi yaxlınlığında endirilib.
Pentaqonun xəbərində deyilir ki, al-Turkmani-nin öldürülməsi İŞİD rəhbərliyinin nə dərəcədə kövrək olduğunu göstərir.
Avqust ayında Ağ Ev İŞİD liderinin müavini Fadil al-Khayalinin öldürülüdyünü, may ayında isə təşkilatda neft alış-verişinə baxan Abu Sayyafın məhv edildiyini xəbər vermişdi.