Slovakiya-Azərbaycan

Foto arxiv

Sentyabrın 22-də futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin cavab oyunları keçirilir.

Azərbaycan millisi səfərdə Slovakiya yığması ilə qarşılaşır.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu oyunun qalibi gələn il, fevralın 2-13 arası Belqradda keçiriləcək "Avro-2016"nın final mərhələsinə vəziqə qazanacaq.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyun 3:1 hesabı ilə Azərbaycan millisinin xeyrinə qurtarıb.

22 sentyabr

"Avro-2016", pley-off mərhələsinin cavab oyunu

22:00. Slovakiya - Azərbaycan

İlk oyun - 1:3