"Borussiya”nın (Münhenqladbax) baş məşqçisi Lucien Favre istefaya göndərilib.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Buna səbəb komandanın yeni mövsümdəki uğursuz çıxışı olub.
Belə ki, “Borussiya” Bundesliqada keçirdiyi 5 oyunun hamısını uduzub.
Onu da qeyd edək ki, komanda ötən mövsüm Favrenin rəhbərliyi altında Bundesliqanı 3-cü yerdə başa vurub.