Berlin polisi reyd keçirib

Foto arxiv

Berlin polisi terrorçuluqda şübhəli bilinən islamçı qrupla bağlı uzun istintaqdan sonra 8 binada reyd keçirib.

Sentyabrın 22-i səhər saatlarında keçirilən reydlər zamanı məsçidin ofisində də axtarış aparılıb.

Polisin məlumatına görə, onlardan biri, 51 yaşlı mərakeşli Bashar Asssad rejiminə qarşı vuruşmaq üçün Suriyaya yaraqlılar göndərməkdə,19 yaşlı makedoniyalı isə Suriyaya vuruşmaqda şübhəli bilinir.

Amma polis onların Almaniyada terror aktına hazırlaşmaları barədə sübut olmadığını bildirib.