Çin prezidenti ABŞ-a gedir

Xi Jinping (ortada) Pekində tədbirdə çıxış edir

-

Çin prezidenti Xi Jinping sentyabrın 22-də Birləşmiş Ştatlara ilk dövlət səfərinə başlayır.

Xi Jinping Nyu Yorkda BMT-nin Baş Assambleyasında ilk çıxışını edəcək.

Çin prezidentinin Seatlda Amerika biznes təmsilçiləri ilə görüşü nəzərdə tutulur. Onun şərəfinə Ağ Evdə salyut olacaq və rəsmi nahar veriləcək.