Scott Walker prezidentlik yarışını tərk etdi

Scott Walker

CNN-nin keçirdiyi rəy sorğusu onun bir faizdən də az dəstəyə malik olduğunu göstərmişdi.

Bir vaxtlar respublikaçı namizədlər arasında ən ümidverəni sayılan Viskonsin qubernatoru ABŞ, prezidentliyi uğrunda kampaniyasını dayandırmaq qərarına gəlib.

Xəbər verilir ki, digər respublikaçı namizədlərdən fərqli olaraq o, çox geniş və bahalı seçki kampaniyası aparırıdı.

Scott Walker 2015-ci ildə prezidentlik yarışında liderlik Donald Trump-a keçəndən bəri populyarlığını itirimişdi.

CNN-nin keçirdiyi rəy sorğusu onun bir faizdən də az dəstəyə malik olduğunu göstərmişdi.