Xorvatiyanın futbol millisinə yeni baş məşqçisi təyin edilib.
Xorvatiya idman saytlarının məlumatına görə, bu Ante Kacicdir.
O günlərdə istefaya göndərilən Niko Kovacı əvəz edəcək.
Kaciclə 3 illik müqavilə imzalanıb.
O 2003-2006-cı illərdə Liviya millisində köməkçi məşqçi olub. Bundan başqa Xorvatiyanın U-21 yığmasında da məşqçi işləyib.
61 yaşlı mütəxəssisin son klubu Zaqrebin“Lokomotiv” klubu olub.