Azərbaycan HHQ-nin təlim mərkəzi açılıb

Zakir Həsənov

Sentyabrın 21-də Azərbaycan Hərbi Hava Qüvvələri hərbi pilotların hazırlıq mərkəzinin açılışı olub.

Müdafiə nazirliyinin məlumatına görə, nazir Zakir Həsənov Mİ-35 vertolyotları ekipajlarının kompleks-təlim mərkəzi, habelə paraşüt-desant, axtarış-xilasetmə və digər təlim mərkəzləri ilə tanış olub.

Mərkəzdə pilotların real şəraitə maksimum yaxın şəraitdə təlim keçməsi üçün imkanlar var.

Təlim mərkəzlərində virtual uçuşlar və döyüş atışları həyata keçirilir.