Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, cənub küləyi əsəcək, gecə 18-22, gündüz 26-30 dərəcə isti olacaq.
Bölgələrdə də hava əsasən yağmursuz olacaq.
Ayrı-ayrı yerlərdə duman olacaq.
Gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.