“Qarabağ” qalib gəldi

Foto illüstrasiya

-

Sentyabrın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçirilib.

Son Azərbaycan çempionu "Qarabağ" Gəncədə "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib.

"Neftçi" isə Bakıda əzəli rəqibi "Xəzər Lənkəran"ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Hesab bərabərləşdikdən sonra “Neftçi”nin bir neçə azarkeşi rəqib azarkeşlərə hücum edib. Polisin müdaxiləsindən sonra azarkeşlər sakitləşdirilib. Bir neçə azarkeş isə stadiondan çıxarılıb.