-
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/8 final mərhələsində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı Fabiano Karuananı 1:0 hesabı ilə məğlub edib.
Azərbaycan yarışa 6 şahmatçı ilə başlamışdı. Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynov və Teymur Rəcəbov isə üçüncü mərhələdə mübarizəni dayandırıb.
Yarışlar sentyabrın 10-da başlayıb. Oktyabrın 5-ə qədər davam edəcək.
Şahmat üzrə Dünya Kubokunun mükafat fondu 1 milyon 600 min ABŞ dollardır.