Sentyabrın 19-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Amma yarımadanın bəzi yerlərində qısamüddətli yağış gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 17-22, gündüz 25-29 dərəcə isti olacaq.
Bölgələrdə də hava yağmursuz olacaq, amma bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış gözlənilir.
Gecə 17-22, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.