Talibançılar məsçiddə 16 nəfəri güllələyib

Foto arxiv

Pakistan ordusu talibançıların Peşəvar şəhərindəki hərbi bazaya hücumu zamanı məsçiddə 16 nəfərin öldürüldüyünü bildirir.

Hərbçilərin sözlərinə görə, yaraqlılar sentyabrın 18-də hərbi kompleksin ərazisindəki məsçidə soxularaq, ibadət edən 16 nəfəri güllələyiblər.

Pakistan ordusunun sözçüsü Asim Salim Bajva ağır atışmadan sonra hücumun dəf edildiyini bildirir.

Bajva bundan əvvəl hücum zamanı 13 yaraqlının öldürüldüyünü xəbər vermişdi.

Hücum zamanı həmçinin ordu kapitanının həlak olduğu bildirilir.

Hücuma görə cavabdehliyi Pakistan talibləri üzərlərinə götürüblər.

Bu hücumdan sonra ABŞ-ın pilotsuz təyyarəsi Cənubi Vəziristandakı evlərdən birini bombalayıb.

Pakistan rəsmisinin sözlərinə görə, əməliyyat zamanı 3 yaraqlı öldürülüb, 5-i yaralanıb.

Pakistan ordusu Şimali Vəziristanda yaraqlılara qarşı irimiqyaslı əməliyyatlar keçirir.