-
Sentyabrın 18-də Pakistanın şimalqərbində yaraqlılar hava qüvvələri bazasına hücum ediblər. Atışmada hücumçulardan azı səkkizi öldürülüb. Məlumatı Pakistan ordusu yayıb.
Bu arada ordu Əfqanıstanla sərhəd Şimali Vəziristanda yaraqlılara qarşı böyük əməliyyat aparır.
Hücumda 10 əsgər yaralanıb.
Hazırda təhlükəsizlik qüvvələri ərazidə gizlənmiş yaraqlıları axtarır.
Pakistan talibanının sözçüsü Mohamad Khurasani hücuma görə məsuliyyəti qurumun üzərinə götürüb.