-
Sentyabrın 17-də axşam saatlarında Bakıda yanan çoxmərtəbəli binanın 20 sakini təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Binəqədi rayonunda yerləşən binanın iki otaqlı mənzilində yanğın baş verib və bir otaq yanıb.
Bina sakinləri yanğın söndürülənədək evdən çıxarılıb.
Hadisə nəticəsində xəsarət alan olub-olmadığı barədə nazirlik məlumat vermir.