Sentyabrın 17-də futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycan klublarının oyunları canlı yayımlanacaq.
"Qəbələ" - PAOK və "Tottenhem"- "Qarabağ"görüşü AzTV ilə birbaşa göstəriləcək.
"Tottenhem" - "Qarabağ" görüşü Rusiyanın "NTV Plyus Futbol 2" kanalında da canlı yayımlanacaq.
"Qəbələ" - PAOK oyunu Bakı vaxtı ilə saat 22:00-da, "Tottenhem" - "Qarabağ" görüşü isə 00:05-də başlayacaq.