"Domodedovo" "AZAL"-ı 2-ci yerə qoydu

Foto arxiv

Moskvanın "Domodedovo" hava limanı ənənəvi olaraq aviaşirkətlər arasında keçirilən punktuallıq müsabiqəsini yekunlaşdırıb.

APA-nın xəbərinə görə, yerli şirkətlər arasında müsabiqənin qalibi "S7 Airlines" aviaşirkəti olub.

Şirkət avqust ayında 3206 dəqiq reys yetirən yetirib.

Xarici aviaşirkətlər müsabiqədə ayrı qrupda iştirak edir.

Xarici şirkətlər arasında ən punktual "Lufthansa" olub. Almaniya şirkəti 164 dəqiq reys yerinə yetirib. İkinci yerdə ay ərzində 87 dəqiq reyslə AZAL gəlir.Üçüncü yerdə isə " 51 punktual dəqiq reyslə "İberia gəlir.