Sumqayıtda, Bakıda və Saatlıda ev yanıb

-

Sentyabrın 16-da Sumqayıtda yaşayış binasının pilləkən qəfəsindəki elektrik sayğacları və iki elektrik kabeli yanıb. Yanğının mənzillərə keçməsinin qarşısı alınıb.

Bakının Yasamal rayonundakı yaşayış binasının 7-ci mərtəbəsində də yanğın olub. 3 otaqlı mənzilin mətbəxi və otaqların birindəki əşyalar yanıb.

Saatlı rayonunun Novruzlu kəndində isə 3 otaqlı qamış ev yanıb. Yanğın saat 21:33-də söndürülüb.

Xəbərləri Fövqəladə Hallar Nazirliyi yayıb.