2016-cı ilin Dövlət büdcəsində gəlir 14 566 milyon manat (-25,1%), xərcləri isə 16 264 milyon manat (mənfi 22,9%) səviyyəsində proqnozlaşdırılır.
Büdcə kəsiri isə 1 mlrd 698 mln manat olacaq.
Bu barədə Maliyyə nazirliyi açıqlama verib.
İcmal büdcənin gəlirləri 16 mlrd 720,1 mln manat, xərcləri 19 mlrd 906,5 mln manat, kəsir 3 mlrd 186,4 mln manat proqnozlaşdırılır.
Qeyd edək ki, gələn ilin dövlət büdcəsində neftin 1 bareli 50 dollar səviyyəsində götürülüb.