Sentyabrın 16-sı axşam saatlarında şimal bölgəsində yağan güclü yağışları fəsadlar törədib.
Nəticədə Qusar rayonunda 4 yaşayış evi çöküb.
Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun APA-ya verdiyi məlumata görə, bu evlərdən 3-ü Qusar şəhərində, biri isə rayonun Çiləgir kəndindədir.
Leysan nəticəsində həmçinin bəzi yaşayış evlərini su basıb. Əraziyə texnika cəlb olunub.