Emin Mahmudov millidə oynamayacaq

Foto arxiv

"Mordoviya" klubunun Azərbaycan əsilli futbolçusu Emin Mahmudov Rusiya mətbuatına müsahibəsində Azərbaycana səfəri və Azərbaycan yığmasında oynamaq ehtimalından danışıb.

Futbolçu Azərbaycan millisindən bir neçə dəfə dəvət aldığını ammaistənilən halda, yığmada oynamayacağını bildirib.

O qeyd edib ki, belə halda Rusiyada legioner sayılacaq və ümid edir ki, Rusiya millisindən dəvət alacaq.

Emin Mahmudov Saatlı rayonunda doğulub.