Qaçqınlar Türkiyədən çıxmaq istəyir

Foto arxiv

Türkiyə sərhədçiləri Yunanıstanla quru sərhəddini bağlayaraq, Suriya qaçqınlarını ölkədən buraxmırlar.

Türkiyə mətbuatı və agentliklərin məlumatına görə, sərhəd zonasındakı Edirne şəhərinə minlərlə qaçqın yığışıb.

Onların çoxu şəhərə yolüstü maşınlar və ya piyada keçiblər.

Yerli rəsminin sözlərinə görə ötən il Edirneyə 25 minə yaxın qaçqın gəlib, bu ilsə onların sayı 2 dəfədən də çox artıb.

Türkiyə hakimiyyəti qaçqınları isti örtüklər, biotualetlərlə təmin edir və onları ölkənin cənub-şərqindəki qaçqın düşərgəsinə dönməyə çağırırlar.