-
Ağ Ev bildirir ki, Rusiyanın Suriyada hərbi iştirakını artırmaq əvəzinə İslam Dövləti yaraqlılarına qarşı beynəlxalq koalisiyaya qoşulmasını istəyir.
Ağ Evin sözçüsü Josh Earnest sentyabrın 15-də deyib ki, Prezident Barack Obama Rusiya prezidenti Vladimir Putin-lə bu məsələ barədə danışmayıb, ancaq prezident “bunun maraqlarımızı irəli aparacağını müəyyən edərsə,” belə davranacaq.
Putin daha öncə demişdi ki, Suriya hökuməti ilə əməkdaşlıq etmədən İD-ni məğlub etmək mümkün deyil və Rusiya Dəməşqə hərbi yardım göndərməkdə davam edəcək.
Ancaq ABŞ rəsmiləri narahatdırlar ki, Rusiyanın Suriyada hərbi iştirakı gücləndirməsi daha çox prezident Bashar al-Assad hökumətinin möhkəmlənməsinə xidmət edir, nəinki yeni siyasi rəhbərliyə keçməyə, yaxud yaraqlı qruplarla savaşmağa.
“Assad-a dəstək sabitsizlik yaradır,” Earnest deyib. “Rusiyalılardan 60 üzvlük koalisiyaya qoşulmağı gözləyirik”.