Almaniya növbəti sammit keçirməyə çağırır

Angela Merkel

Almaniya ilə Avstriya sentyabrın 15-də Avropa Birliyinin miqrant böhranı ilə bağlı növbəti sammitini keçirməyə çağırıblar.

Almaniyanın kansleri Angela Merkel Berlində avstriyalı həmkarı Werner Faimanla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Avstriya, Almaniya və İsveç qaçqın axınının öhtəsindən təkbaşına gələ bilməzlər.

Almaniyanın daxili işlər naziri Thomas de Maiziere bundan əvvəl qaçqınları qəbul etməyən üzv ölkələrə qarşı maliyyə sanksiyaları tətbiq etməyə çağırıb.

Sentyabrın 15-dən Macarıstanda qüvvəyə minən yeni qanunda ölkəyə qanunsuz keçmık istəyən miqrantların saxlanması və ya deportasiya edilməsi nəzərdə tutulur.

Macarıstan həmin gündən Serbiya ilə sərhədlərini möhkəmləndirib.

Çexiya və Slovakiya da daxil olmaqla bir sıra üzv ölkələr qaçqın qəbulu ilə bağlı məcburi kvotaya qarşıdırlar.