Nazirlik pilotsuz aparatın vurulduğunu deyir

Foto arxiv

Azərbaycanın müdafiə nazirliyi Ermənistan ordusuna məxsus daha bir pilotsuz aparatın vurulduğunu bildirir.

Nazirliyin sentyabrın 15-də yaydığı məlumata görə pilotsuz aparat cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərərkən vurulub.

İlkin olaraq bunun"Krunk-25" tipli taktiki pilotsuz aparat olduğu ehtimal olunur.

Ermənistan tərəfi hələlik məsələyə münasibət bildirməyib.