Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano yaxın vaxtıarda Tehrana gedəcək.
Bu barədə İranın nüvə rəsmisi Ali Akbar Salehi sentyabrın 15-də məlumat yayıb.O bildirib ki, danışıqlar zamanı İranın nüvə obyektlərində yoxlama aparılması müzakirə olunacaq.
Onun sözlərinə görə səfər 3-4 gün ərzində baş tutmalıdır.
Salehi həmçinin artıq 12 nəfərdən ibarət müfəttişlər qrupunun sentyabrın 15-də İrana gələcəyini bildirib.
İranla 6 dünya ölkəsi arasında imzalanmış nüvə sazişində Tehranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların yüngülləşdirilməsi və ləğvi nəzərdə tutulur.