Yağış gözlənilir

Yağış

Sentyabrın 16-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim şimal küləyi əsəcək.

Gecə 20-24, gündüz 26-29 dərəcə isti olacaq.

Bölgələrdə isə şimşək çaxacağı vəarabir yağış yağacağı gözlənilir.

Gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.