Budapeşt. Müharibədən qaçanlar
Qaçqın axını Macarıstana qonşu Serbiyadan gəlir. Qaçqınlar Avstriya və Almaniyaya keçmək istəyirlər
Macarıstanın paytaxtında qaçqınları çalışırlar çox saxlamasınlar. Əgər xəstə deyillərsə və gecəyə düşməyiblərsə onda onlar vağzalda bir neçə saat gözləməli olurlar
Gecəyə düçdükdə onlar metro keçidlərində qurulmuş çadırlarda gözləyirlər
Əfqanıstanlı oğlan küçədə ayaqlarını yuyur. Başını da yuyandan sonra o metroya gedib kondisionerin altında saçlarını qurudacaq
Buraya ailəsiz gələnlər də az deyil.
Bütün Avropadan yığılmış paltar və ayaqqabı, yemək və içməli su məntəqələri quraşdırılıb. Bu haqda məlumatları metroda ərəb dilində yazılmış elanlardan almaq olar
Yerdə qalaqlanmış ayaqqabılar, ürəyi istəyən gəlib götürə bilər
Könüllülər paltarları çeşidləyib ehtiyacı olanlara verirlər
Budapeşt sakinləri vəziyyəti kənardan izləyirlər
Burada telefon batareyalarını doldurmaq və ya su qaynatmaq üçün xüsusi yerlər var
Enerjini günəşdən də almaq olur
Tibb kabinetində gələnlər müayinədən keçirlər. Ehtiyacı olanlar zəruri tibbi yardım alirlar
Xüsusi təyin olunmuş könüllülər uşaqlarla vaxt keçirirlər. Onlar birlikdə şəkil çəkir və əl işləri ilə məşğul olurlar
Ən balacaların yanına isə kloun gəlir