I sinfə 150 mindən çox şagird gedir

-

Sentyabrın 15-də Azərbaycanda yeni dərs ili başlanır.

2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.

Ölkə üzrə I sinfə gedəcək şagirdlərin sayı 150 mindən çoxdur.

Xəbəri Təhsil Nazirliyi yayıb.

Bu il Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlərin sayı 42 723 nəfərdir. Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində ümumilikdə 347 891 nəfər şagird təhsil alacaq.