Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən-buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 19-23, gündüz 26-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.
Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi, amma bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.