Azərbaycanlı zəvvarlar sağ-salamatdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Məkkədə baş verən hadisə yerinnən görüntülər

-

«Məscidül-Həram»ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində baş verən qəza vaxtı orada Azərbaycan zəvvarları olmayıb.

Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

Onun sözlərinə görə, hadisə baş verən vaxt Azərbaycan zəvvarları və onları qarşılayan nümayəndəliyin üzvləri Mədinə şəhərində olublar.

«Məscidül-Həram»ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər xəsarət alıb.

Hadisəyə ilkin səbəb kimi güclü yağış yağması göstərilir.

Hazırda Məkkədə Ümrə ziyarəti həyata keçirilir.