Belarus müxalifət lideri yürüş keçirib

Mikalay Statkevich Minskdə yürüş zamanı

-

Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Mikalay Statkevich Minskin mərkəzində hakimiyyətlə razılaşdırılmamış yürüş keçirib.

Statkevich ötən ay həbsxanadan buraxılıb, prezident Alyaksandr Lukashenka onu əfv edib.

Polis nümayişi dağıdacağı barədə xəbərdarlıq etmişdi. Ancaq mülkigeyimlilər yürüşə nəzarət etsələr də, təhlükəsizlik əməkdaşları müdaxilə etməyib.

Aksiyada bir neçə yüz nəfər iştirak edib. Statkevich onları 11 oktyabr prezident seçkisini gözardı etməyə çağırıb. Onun sözlərinə görə, müxalifət üçün ən vacib məsələ Belarusda ədalətli seçkilərin keçirilməsini təmin etməkdir. O, Lukashenka-ya qarşı birləşmək üçün müxalifətin birləşməsini vacib məsələ adlandırıb.

Müxalifətçilər Anatol Lebedko və Uladzimer Nyaklyaeu də yürüşə qatılıblar.

Statkevich 2010-cu il prezident seçkisində namizəd olub, ancaq “kütləvi iğtişaşların təşkili”ndə təqsirli bilinərək həbs olunub. Prezidentliyə daha bir neçə namizəd də həbsə atılıb.