İranın Milli Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və genişləndirilməsi sahəsində əməkdaşlıq edəcəklər.
Bu barədə İran mətbuatı məlumat yayıb.
APA-nın məlumatına görə, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə enerji sahəsində də əməkdaşlığın genişləndiriləcəyini istisna etmir.
O bu əlaqələrin gələcəkdə ikitərəfli iqtisadi münasibətlərin inkişafına təkan verəcəyini bildirib.
Məlumata görə artıq İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətinin nümayəndə heyəti SOCAR rəsmiləri ilə görüş keçirib.