Yaponiyanın Coso şəhərini su basıb

Foto Arxiv

Yaponiyanın şimal-şərqində leysan yağışları və sürüşmələrə görə 100 mindən çox adam ev-eşiyini tərk etməli olub.

İki günlük yağışlardan sonra Kinuqava çayı məcrasından çıxaraq Coso şəhərini basıb.

Nəticədə sel evlər və maşınları aparıb.Vertolyotlardan aparılan çəkilişlərdə insanların evlərin damına qalxdığı görsənir.

Azı 7 nəfərin itkin düşdüyü , 17 nəfərinsə yaralandığı xəbər verilir.

Leysan yağışları mərkəzi Yaponiyadan keçən Etau qasırğasının ardınca başlayıb.