"Əli və Nino"ya Gəncədə heykəl qoyulur

Bakıda "Əli və Nino" filminin çəkilişlərindən

-

Azərbaycanda ilk dəfə olaraq “Əli və Nino” heykəli ucaldılacaq. Heykəl Gəncədə salınan bulvar kompleksi ərazisində qoyulacaq. Hazırda abidənin beton-konstruksiya işləri görülür.

Abidənin memarı Cahid Həsənovun AZƏRTAC-a verdiyi məlumata görə, abidənin hündürlüyü 3,5 metr olacaq.

Onun sözlərinə görə, heykəl iki alovun yanması anlamını verəcək və ətrafında süni tüstü effektləri yaratmaqla iki gəncin sanki səmada uçmaları təsvir olunacaq. Bundan başqa, abidənin ətrafında göz yaşlarını xatırladacaq 3 fəvvarə quraşdırılacaq.

Memar onu da deyib ki, azərbaycanlı və gürcü gənclərinin sevgisinə ithaf edilən abidə Azərbaycandan əvvəl Çin, Fransa və Gürcüstanda ucaldılıb.

“Əli və Nino” Qurban Səidin əsəridir. Əsərdə hadisələr Demokratik Cümhuriyyət dövründə və Azərbaycanın sovetlər tərəfindən istila edildiyi ilk günlərdə cərəyan edir. Roman Avropada da bir neçə dəfə çap olunub.