U-21 yenə uduzdu

Foto arxiv

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sentyabrın 8-də "Avro-2017"nın seçmə mərhələsi çərçivəsində öz meydanında Almaniya millisinə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, ilk oyunda Farer adalarına 1:0 hesabı ilə qalib gələn Azərbaycan yığması 2-ci görüşdə də evdə Avstriyaya millisinə 0:3 hesabı ilə məğlub olub.

Qrupun digər oyunlarında isə Avstriya öz meydanında Rusiyaya 4:3 hesabı ilə qalib gəlib.

Rusiya millisində oynayan əslən azərbaycanlı Ramil Şeydayev görüşdə dublla yadda qalıb.

Qrupun digər oyununda Finlandiya öz meydanda Farer adalarını 3:0 hesabı ilə məğlub edib.