Elmar Məmmədyarov Qazaxıstana gedib

Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 9-da Qazaxıstana gedib.

Səfərdə məqsəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak etməkdir.

Bu barədə xarici işlər nazirliyinin mətbuat xidməti məlumat verib.

Səfər zamanı Elmar Məmmədyarovun iclasda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.