2-ci Yelizaveta rekord vurdu

Kraliça Elizabeth II

-

Britaniya kraliçası 2-ci Yelizaveta (Queen Elizabeth II) Britaniya tarixində ən uzun müddətə taxtda qalan monarxdır. Bu tarix sentyabrın 9-da tamamlanır.

Beləliklə Yelizaveta ulu nənəsi Viktoriyanı (Queen Victoria) üstələmiş olur. Viktoriya taxtda 63 il 7 ay qalmışdı.

Baş nazir David Cameron deyib ki, milyonlarla britaniyalı bu “tarixi an”ı qeyd edəcək.

Kraliça tədbiri Şotlandiyada keçirir. Orada həyat yoldaşı Filiplə birlikdə tətildədir. Filip hakimiyyəti dövründə Yelizavetanın yanında olub.

89 yaşlı kraliça 1952-ci ildə, atası Kral 6-cı Georqun vəfatından sonra taxta çıxıb, rəsmi tacqoyma mərasimi bir il sonra keçirilib.