-
Sentyabrın 9-u saat 10:00-dan Sumqayıt şəhərində təbii qaz təchizatında məhdudiyyət olacaq.
Məlumatı "Azəriqaz" İstehsalat Birliyi yayıb. Səbəb orta təzyiqli qaz kəmərinin yerinin dəyişdirilərək qaz təchizatı mənbəyinə qoşulmasıdır. Məhdudiyyət proses yekunlaşandan sonra aradan qaldırılacaq.