Almaniya ilə 500 min qaçqın qəbul edəcək

Sigmar Gabriel

Almaniya yaxın bir neçə il ərzində hər il yarım milyonadək qaçqın qəbul edə bilər.

Bunu sentyabrın 8-də ölkənin iqtisadiyyat naziri və vitse-kansleri Sigmar Gabriel bəyan edib.

Onun sözlərinə görə Almnaiya iqtisadiyyatının sabitliyi buna imkan verir.

Sigmar Gabriel həmçinin qeyd edib ki, miqrant böhranın həllində digər Avropa Birliyi ölkələri də iştirak eləməlidir.

Avstriya ilə Almaniya ötən şənbə günü əksəriyyəti Suriyadan olan minlərlə miqrant qəbul ediblər.

Onlar bundan bir neçə gün əvvəl Macarıstana Balkan ölkələrindən gəliblər.

Təkcə bu il Almaniyaya 800 mindən çox qaçqın gələcəyi gözlənilir ki, bu ötən illə müqaisədə 4 dəfə çoxdur.