Ermənistanın baş naziri Ovik Abramyan Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələri strateji məsulların alış-verişini rublla etməyə çağırıb.
Bu barədə TASS agentliyi xəbər verir.
Hazırda bu ölkələr arasında alver ABŞ dolları ilə aparılır.
Baş nazir hesab edir ki, ticarət mübadiləsində dollardan istifadəni azaltmaq və daha çox təşkilatın milli valyutalarına üstünlük vermək lazımdır.
Avrasiya İqtisadi Birliyinə Rusiya, Belarus, Qazaxıstan və Ermənistan daxildir.