UEFA prezidenti Michel Platini oktyabrda Azərbaycana səfərə gələcək.
AFFA-nınməlumatına görə, Platini səfər çərçivəsində Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və oktyabrın 10-da Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.
Milli komandaların təlim-məşq bazası AFFA-nın Mərdəkandakı Futbol Mərkəzinin ərazisində tikilib.
Xatırladaq ki, Michel Platini 2013-cü il sentyabrın 21-də bu bazanın təməlqoyma mərasimində də iştirak edib.