Saakashvili baş nazir ola bilər

Mikheil Saakashvili

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakaşvili Ukraynanın baş naziri ola bilər.

Belə ki, prezident Petro Poroshenkonun rəsmi saytında keçirilən petisiyada o təxminən 26 min imza toplayıb. Bunun üçün 25 min imza tələb olunurdu.

Poroshenko 10 gün ərzində məsələyə baxmalıdır.

Saakashvili Odessa vilayətinin qubernatorudur.

O bundan əvvəl internetdə yaydığı videobəyanatında hökuməti korrupsiya və bürokratiya ilə real mübarizəyə və ölkədə lazımi islahatlar aparmağa çağırmışdı.

Amma o eyni zamanda baş nazir olmaq fikrində olmadığını bildirmişdi.