-
Almaniyanın BND xarici kəşfiyyat agentliyi İslam Dövləti qruplaşmasının ipritdən (xardal qazı) istifadəsinə dair sübut-dəlil toplayıb. Bu barədə sentyabrın 7-də Almaniyanın Bild qəzeti yazıb.
Qəzetin yazdığına görə, BND agentləri İD-lə toqquşmalarda yaralanan kürdlərdən qan analizləri götürüb.
BND rəhbəri Gerhard Schindler deyib ki, agentlik “İD-nin İraqın şimalında ipritdən istifadə etməsinə dair məlumata malikdir”.
Schindler-in sözlərinə görə, iprit ya Səddam Hüseynin vaxtında istehsal olunub və köhnə anbarlardan tapılıb, ya da İD-nin özü tərəfindən hazırlanıb.
Almaniyanın yüksək rütbəli kəşfiyyat rəsmisi Schindler-in sözlərini Associated Press agentliyinə təsdiqləyib.