Sentyabrın 7-də futbol üzrə "Avro-2016"nın seçmə mərhələsində VIII turun oyunları davam edir.
D qrupunda Almaniya millisi səfərdə Şotlandiya yığması ilə görüşür, Polşa millisi Cəbəllütariq yığması, İrlandiya isə Gürcüstan millisini qəbul edir.
F qrupunda Şimali İrlandiya öz meydanında Macarıstan millisini qəbul edir. Farer adaları səfərdə Finlandiya, Yunanıstan millisi isə Rumıniya ilə qarşılaşır.
İ qrupunda Ermənistan Danimarkanı, Albaniya isə Portuqaliya millisini qəbul edir.