Davutoglu: "PKK yaraqlıları məhv ediləcək"

Ahmet Davutoglu

Türkiyənin baş naziri Ahmet Davutoglu PKK yaraqlılarının məhv ediləcəyini vəd edib.O belə bir bəyanatla sentyabrın 7-də çıxış edib.

PKK yaraqlılarının bundan əvvəl Hakkari vilayətində hücumu nəticəsində azı 16 Türkiyə əsgəri ölüb.

Türkiyə hərbçiləri yaraqlıların İraq sərhəddindəki mövqelərinin bombalandığını deyirlər.

Prezident President Recep Tayyip Erdogan da sentyabrın 6-da PKK yaraqlılarına qarşı mübarizənin kəskinləşdiriləcəyini bildirib.

Onun sözlərinə görə, iyuldan bu yana 2 minədək PKK yaraqlısı öldürülüb.